ALMANİYALI JURNALİSTİN NAXÇIVANDAN MƏQALƏ HAZIRLAMAĞINA İMKAN VERİLMƏYİB

20 ildir ki,  blokada  şəraitində yaşayan Naxçıvan Muxtar Respublikanın  yerli əhalisinin vəziyyəti və yaşam tərzi haqda reportaj hazırlamaq üçün iyulun 5-də  bir neçə günlük səfərlə  Naxçıvana gedən, Azərbaycan Xarici İşlər Nazirliyində akreditə olunmuş, Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviq bu gün  işini yarımçıq dayandıraraq Muxtar Respublikanı tərk etməyə məcbur olub.

Buna səbəb  yerli hakimiyyətin onun işinə maneə olması, onun  izlənməsi və sərbəst hərəkət etməsinin məhdudlaşdırılması olub. Bu haqda məlumat RATİ-nin Naxçıvandakı müxbirlərinə M.Ludoviqin özü bildirib.
“Əslində ən azı bir həftə Naxçıvanda qalıb işləmək istəyirdim. Məqsədim Muxtar Respublikanın  bütün rayonlarını gəzmək, yerli əhali ilə görüb onların yaşayış səviyyəsi ilə tanış olmaq, problemlərini, çətinliklərini öyrənmək, tarixi abidələri görmək və bu haqda məqalə yazmaq idi. Azərbaycan Xarici İşlər Nazirliyindən verilmiş akreditə kartını göstərməyimə baxmayaraq,  Şahbuz rayon İcra hakimiyyətinin müavini mənə Ali Məclisdə qeydiyatdan keçməyin lazım olduğunu bildirdi. Halbuki, buna ehtiyac yox idi. Dedi ki, “əgər qeydiyyatdan keçməsəniz, sizin üçün böyük problemlər olacaq. Sizi gözləyirlər, gedin qeydiyyatdan keçin”. Bundan sonra  biz MR Ali Məclisinə müraciət etdik. Amma onlar mənim  burada işləməyimə icazə vermədilər”, – deyə Mixail Ludviq deyib.
MR Xarici İşlər İdarəsinə müraciət ediyini, orada onu saatlarla gözləməyə məcbur etdiklərini və get-gələ saldıqlarını,  Almaniyanın Azərbaycandakı Səfirliyinə və işlədiyi qəzetin rəhbərliyinə bu haqda  məlumat  verdiyini bildirən Mixail Ludviq işləməsi üçün şəraitin yaradılmağı üçün bütün cəhdlərinin faydasız olduğunu deyib:  “Sonra məndən hərəkət planı istədilər.  Bir gün sonra isə Naxçıvana gələrkən məni  qarşılayan jurnalistlərlər RATİ-in  Naxçıvandakı bölgə müxbirləri Elman Abbasov, Həkimeldostu Mehdiyev, “Turan” İnformassiya Agentliyinin müxbiri Məlahət Nəsibova  və İlqar Nəsibovla birlikdə hərəkət etməmək şərti qoyuldu.  Xarici işlər idarəsi tərəfindən mənə bir bələdçi veriləcək və onunla birlikdə hərəkət edəcəkdim. Onlar bunu mənim təhlükəsizliyim üçün etdiklərinə inandırmağa çalışırdılar. Bu isə həqiqətən çox gülməli idi. Mən isə yalnız kirayə elədiyim avtomobildə hərəkət edəcəyimi bildirdim. Çox mübahisədən sonra  iyulun 6-da saat 12 radələrində onların təklifi  ilə razılaşdıq və təqdim etdiyim plan üzrə Şərur-Sədərək istiqamətində hərəkət etməyə başladıq”, – deyə qeyd edən jurnalist deyib ki, ona verilən bələdçi hər an harada olduqları haqda, kiminlə görüşdükləri haqda telefon vasitəsi ilə kimisə məlumat verib, insanların onunla danışmasına mane olub. İnsanlar yanında olan bələdçidən qorxaraq danışmaqdan imtina ediblər. Əvvəlcədən təlimatlandırılmış insanlarla  onu  görüşdürməyə  çalışıblar. Şərur rayonunda isə bələdçi sürücüyə qonaqla rus dilində danışmaması üçün təzyiq edib. Jurnalistə istiqamət verməməyi tələb edib. Sonda ona  avtomobili dəyişmək və onların çağıracağı avtomobilə hərəkət etmək üçün təzyiq edilib.
“Hər bir jurnalistin qüruru var. Mən bununla razılaşa bilməzdim. Sürücüdən dərhal geri qayıtmağı xahiş etdim. Və işi dayandırdığımı bildirdim. Mənim bütün sənədlərim düz idi. Azərbaycan isə beynəlxalq müqavilələrə imza atıb və bu öhdəliklərə əməl etmək isə onların borcudur”, – deyə jurnalist vurğulayıb.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ AŞPA-NIN YAY SESSİYASINDA İŞTİRAK EDİBLƏR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.