“AzPolitika.info”nun redaktoru sayta edilən güclü haker hücumunun arxasında hökumətin durduğunu iddia edir

elnur-meherremli-90

“AzPolitika.info” saytına güclü haker  hücumları edilməkdə davam edir. Bu barədə bu gün (05 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  saytın baş redaktoru Elnur Məhərrəmli məlumat verib. Baş redaktorun sözlərinə görə, iyunun 21-dən etibarən fəaliyyəti dayandırılan “AzPolitika.info” saytına güclü hücum bu gün də davam edir.

“Hücum fasiləsiz davam edir. Proqramçılarımız bildirir ki, hazırda məruz qaldığımız hücumu təşkil etmək asan deyil və külli miqdarda maliyyə sərfi hesabına başa gəlir. Artıq tam əminliyimiz var ki, hədəf “AzPolitika.info”nu sıradan çıxarmaq, onun fəaliyyətinə imkan verməməkdir. Təsəvvür edin ki, hücumun “Azpolitika.info” adına istiqamətləndiyini dəqiqləşdirdikdən sonra həm serveri, həm də domeni dəyişdik, “Azpolitika.org” domeni üzərindən fəaliyyətimizi bərpa etməyə çalışdıq. Amma bir neçə saatdan sonra “Azpolitika.org”da hədəfə götürüldü və server bağlandı.

Xüsusən də indi – prezident seçkiləri ərəfəsində fəaliyyətimizə ümumiyyətlə imkan verilmir. Biz müəyyən informasiyaları, eyni zamanda mütəxəssis rəylərini üst-üstə qoyaraq məhz bu nəticəyə gəlmişik ki, “AzPolitika.info” ya qarşı bahalı hücumun arxasında Azərbaycan hakimiyyətinə bağlı dairələr dururlar. Hətta ola bilsin ki, bu hücumu əlaqədar dövlət strukturları həyata keçirirlər” –deyə E. Məhərrəmli bildirib.

Previous Post

Müdafiə tərəfi jurnalist Nicat Əliyevin məhkəməsində ittiham tərəfin şahid ifadələrinin etibarlılığını şübhə altına alır

Next Post

Jurnalist Yol Polisinin təzyiqinə məruz qaldığını bildirir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.