MÜSAVAT DEPUTAT QRUPUNUN ÜZVLƏRİ DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ SORĞU GÖNDƏRƏCƏK

ANS telekanalının əməkdaşlarının Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı Müsavat deputat qrupu Daxili İşlər Nazirliyinə sorğu ilə müraciət edəcək.

Bu barədə RATİ-yə millət vəkili Pənah Hüseyn məlumat verdi. O, bildirdi ki, Milli Məclisin bu gün (28 aprel) keçirilən iclasında bəyanat verən Müsavat deputat qrupu Daxili İşlər Nazirliyini bu məsələni ciddi araşdırıb Milli Məclisə və mətbuata məlumat verməyə çağırıb.
Pənah Hüseyn onu da vurğuladı ki, sözügedən hadisə ilə bağlı DİN rəhbərliyinə deputat sorğusu verilməsi də nəzərdə tutulub: “Telekanal rəhbərliyi ilə əlaqə saxlayıb, hansı tədbirlər görüldüyünü öyrəndikdən sonra DİN-ə sorğu göndəriləcək.”
Xatırladaq ki, aprelin 27-nə keçən gecə Bakının Yasamal rayonunda “Məhəmməd Əleyhüssəlam” məscidinin sökülməsi ilə bağlı reportaj hazırlayarkən ANS kanalının əməkdaşları – Nicat Süleymanov, Elmin Muradov və Azər Balayev  Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının fiziki zorakılığına məruz qalıblar.
Previous Post

HÖKÜMƏT AVROPA MƏHKƏMƏSİNİN SUALLARINI CAVABLANDIRIB

Next Post

“İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ HƏLƏ DƏ İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.