FƏTULLAYEVİN İŞİ İLƏ BAĞLI HÖKUMƏTİN CAVABI YANVARIN SONUNA QƏDƏR AVROPA MƏHKƏMƏSİNƏ TƏQDİM EDİLMƏLİDİR

 “Gündəlik Azərbaycan” və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan hökumətinə cavab verməsi üçün verdiyi vaxt 2009-cu il yanvar ayının 16-da bitib.

Bu barədə RATİ-yə məlumat verən E. Fətullayevin vəkili İsaxan Aşurovun sözlərinə görə,  Azərbaycan hökuməti Avropa Məhkəməsindən əlavə olaraq daha 1 ay vaxt verilməsini istəyib:
 
  “Avropa Məhkəməsindən isə Azərbaycan hökumətinə bildirilib ki, cavab məktubu yanvar ayının sonlarına kimi Avropa Məhkəməsinə təqdim olunmalıdır. Həm də  Azərbaycan hökuməti məhkəməyə təqdim ediləcək cavab məktubunun bir nüsxəsini  mənə də təqdim etməlidir”.
Previous Post

SƏDƏRƏKDƏ TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİSTLƏR PROKURORLUĞA MÜRACİƏT ETDİLƏR

Next Post

QƏRB ÖLKƏLƏRİNDƏ EYNULLA FƏTULLAYEVƏ DƏSTƏK KAMPANİYASI DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.