BİR QRUP JURNALİST PREZİDENT ADMİNİSTRASİYASININ QARŞISINDA ÇƏKİLİŞ APARARKƏN SAXLANILIB

Bu gün (20 iyul) bir qrup jurnalist Prezident Administrasiyasının mühafizə xidmətinin əməkdaşları tərəfindən təzyiqə məruz qalıblar və mühafizəçilər onlara qanuni peşə fəaliyyətini yerinə yetirməyə mane olublar.

Belə ki, “Kür” çayının daşması nəticəsində zərər çəkmiş Sabirabad rayonunun bir qrup sakininin Prezident Administrasiyasının qarşısında keçirmək istədiyi aksiyada video və foto çəkiliş aparan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) və “Turan” informasiya agentliklərinin əməkdaşları Cavid Qurbanov, Mehman Hüseynov, “Azadlıq” Radiosunun əməkdaşı Abbas Atilay və “Bizim yol” qəzetinin əməkdaşı Hacı Zeynalov Prezident Administrasiyasının mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, administrasiyanın inzibati binasına aparılıblar. Orada jurnalistlərə bildiriblər ki, Prezident Administrasiyasının binasını çəkməyə icazə verilmir. Media nümayəndələrinin çəkiliş avadanlıqları yoxlanılıb və prezident administrasiyasının binasının görüntüsü olan bütün kadrlar silinib. Jurnalistlərə bir daha Administrasiyanın binasını çəkməməklə bağlı xəbərdarlıq olunub.

 

Video: http://www.youtube.com/watch?v=XGYIypebt6I

 

 

Previous Post

AÇIQ CƏMİYYƏT İNSTİTUTU YARDIM FONDU İFADƏ AZADLIĞI PROQRAMI ÇƏRÇİVƏSİNDƏ HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.