BİR QRUP JURNALİST QARABAĞA SƏFƏR ETMƏK İSTƏYİR

Bu gün (16 iyul) Azərbaycan Media Mərkəzində Jurnalist Ekspert Mərkəzinin (JEM) bir qrup jurnalist heyətinin və ictimaiyyət nümayəndələrinin Dağlıq Qarabağa səfərinin təşkil edilməsi və ictimaiyyətin buna münasibəti mövzusu ətrafında dəyirmi masa keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən JEM-in rəhbəri Ceyhun Musaoğlu  Dağlıq Qarabağda yaşayan, milliyətcə erməni olan Azərbaycan vətəndaşlarının Azərbaycan dövlətinin diqqətindən kənarda qalmaması və azərbaycanlılarla ermənilərin birgə yaşamasının mümkün olmadığına dair separatçı fikirlərin əsassız olması gerçəkliyini bütün dünyaya nümayiş etdirmək məqsədində olduqlarını bildirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son günlər həm siyasi müstəvidə, həm də xalq diplomatiyası istiqamətində xüsusi fəallığın müşahidə olunduğunu deyən C.Musaoğlu  məqsədin şəffaf informasiya əldə etmək olduğunu bir daha xatırladaraq, bu xüsusda ölkə başçısı İlham Əliyevə və Xarici  İşlər naziri Elmar Məmmədyarova xüsusi müraciət ünvanlandığını  bildirdi.
Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU AVROPA BİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİNƏ MÜRACİƏT ETDİ

Next Post

“HƏMRƏYLİK MARAFONU”NDA İŞTİRAK ET, HƏBSDƏKİ BLOQCULARA DƏSTƏK OL!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.