“HƏMRƏYLİK MARAFONU”NDA İŞTİRAK ET, HƏBSDƏKİ BLOQCULARA DƏSTƏK OL!

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin  (VCMK) işci qrupunun təşəbbüsü ilə, həbsdə olan bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadənin hüquqlarını müdafiə tədbirlərinin təşkil olunması, eləcə də özlərinə dəstək məqsədilə VCMK  “Həmrəylik” Xeyriyyə Marafonu keçirir.

Marafon iyulun 15-dən  başlayır və sentyabrın 15-dək, davam edəcək. Marafonda iştirak etmək könüllüdür və 18 yaşına çatmış hər bir Azərbaycan və xarici ölkə vətəndaşı iştirak edə bilər. Marafonda həm fərdi, həm də kollektiv şəkildə iştirak etmək mümkündür. Marafonda iştirak üçün minimal və maksimal məbləğ məhdudiyyəti yoxdur. Beləliklə, marafonda imkanından asılı olmayaraq Emin Millini və  Adnan Hacızadəni  dəstəkləmək istəyən hər bir şəxs iştirak edə bilər. İştirakçılar marafonda həmçinin  şərti ad ilə də iştirak edə bilərlər.
Sonda marafonda yığılmış məbləğ və iştirakçıların adları www.civilsociety.az internet saytında və mətbuatda dərc ediləcək.
Marafonda iştirak etmək istəyən və Azərbaycanda yaşayan şəxslər  Bakı şəh. R. Behbudov küç.8 mən. 85/86 ünvanında yerləşən VCMK üzvü olan Reportyorların  Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisinə  müraciət və ya (+99412) 418-55-34, (+99412) 418 03 34 ,  (050) 382 38 14  nömrəli telefonlara zəng edə bilərlər.
Xaricdən marafona qatılmaq istəyən şəxslər    +99450 408 88 04,  +99450 586 35 37, +99455 754 35 16 nömrələrinə  zəng vurub əlavə məlumat əldə edə bilərlər.
Həmçinin marafonda iştirak etmək istəyənlər formanı http://www.civilsociety.az/content/view/922/1/lang,az/ linki vasitəsilə əldə edə bilərlər.

Previous Post

BİR QRUP JURNALİST QARABAĞA SƏFƏR ETMƏK İSTƏYİR

Next Post

EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN HƏBSİ BEYNƏLXALQ İCTİMAİYYƏTİN DİQQƏTİNDƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.