“GÜNDƏLİK BAKI”NIN TƏSİSÇİSİ ŞEYXÜLİSLAMI XÜSUSİ İTTİHAM QAYDASINDA MƏHKƏMƏYƏ VERİB

Bu gün "Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə barəsində  xüsusi  ittiham qaydasında Yasamal rayon Məhkəməsinə müraciət edib.

Bu barədə RATİ-yə adıçəkilən qəzetin baş redaktorunun müavini Üzeyir Cəfərov məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl Hacı Allahşükür Paşazadə haqqında silsilə şəklində dərc olunmuş tənqidi yazılara görə məhkəməyə müraciət etmişdi. "Yasamal Rayon Məhkəməsinin hakimi Tahir İsmayılov, məhkəmə çəkişməsi başa çatana qədər bu barədə hər hansı KİV-də istənilən yazının yazılmasını qadağan edən qərar çıxarmışdı. Ancaq Şeyxülislam A.Paşazadə məhkəmənin bu qərarına əhəmiyyət vermədən KİV-də bizim barəmizdə tənqidi fikirlər səsləndirib və hətta bizim dərimizin soyulması barədə fətva verib, qəzetin əməkdaşlarını ermənilərə xidmət etməkdə günahlandırıb" – deyən Ü.Cəfərov vurğuladı ki, H.Vəliyev Şeyxülislamı bu hərəkətlərinə görə xüsusi ittiham qaydasında məhkəməyə verib.
Qeyd edək ki, Şeyxülislamın "Gündəlik Bakı" iddiası ilə bağlı növbəti məhkəmə prosesi fevral ayının 10-da keçiriləcək.
Previous Post

RADİOTEZLİKLƏR İDARƏSİ “SİMURQ-M” TV-Nİ MƏHKƏMƏYƏ VERİB

Next Post

AŞ PA-DA REFERENDUM MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.