RADİOTEZLİKLƏR İDARƏSİ “SİMURQ-M” TV-Nİ MƏHKƏMƏYƏ VERİB

Dünən (29 yanvar) hakim Müseyib Bayramovun sədrliyi ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində Dövlət Radiotezliklər İdarəsinin "Simurq-M" Müstəqil Teleradio Şirkətinə qarşı borcunun ödəməməsi iddiası üzrə məhkəmə prosesi keçirilib.

İddiaçı tərəfin nümayəndəsinin 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə ünvanladığı şikayət ərizəsində aralarında mövcud olan müqavilənin şərtlərinin pozulduğunu bildirərək, şirkətin almış olduğu tezliyin müqabilində 9000 manat tələb edir. Prosesdə hər iki tərəfin nümayəndələri dindirilib. Cavabdeh tərəf Dövlət Radiotezliklər İdarəsinə borclu olduğunu etiraf edərək, pulu qısa müddət ərzində ödəyəcəyinə söz verib. Hakim Müseyib Bayramovun RATİ-yə verdiyi məlumata görə,  artıq cavabdeh tərəf borcun bir hissəsini ödəyib. Hakim əlavə etdi ki, növbəti proses 10 fevral tarixinə  təyin olunub.
Məsələ ilə bağlı əlaqə saxladığımız "Simurq-M" Müstəqil Teleradio Şirkətindən adını demək istəməyən əməkdaş bildirdi ki, tərəflərin problemi həll edilib və məhkəmə işi bağlanıb. Radiotezliklər İdarəsinin özünü təqdim etməyə səlahiyyəti çatmadığını bildirən əməkdaşı isə hadisədən ümumiyyətlə xəbərsiz olduğunu dedi.
Xatırladaq ki, regional televiziya olan "Simurq M" TV Tovuz rayonunda fəaliyyət göstərir.
Previous Post

“YENİ MÜSAVAT”IN ƏMƏKDAŞINA QARŞI XÜSUSİ İTTİHAM RƏDD EDİLDİ

Next Post

“GÜNDƏLİK BAKI”NIN TƏSİSÇİSİ ŞEYXÜLİSLAMI XÜSUSİ İTTİHAM QAYDASINDA MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.