“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏHKƏMƏSİ BİTMƏK ÜZRƏDİR

        Bu gün (19 iyun) Yasamal Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi Bölüyünün əsgəri Fərdi Mürsəlovun "Gündəlik Bakı" qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirildi.

Məhkəmədə son çıxışlar oldu. İddiaçı və vəkili məhkəmədən iddialarının təmin olunmalarını istədi.
       Cavabdeh “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev məhkəmədən ədalətli qərarın çıxarmasını istədi. Cavabdehin nümayəndəsi Üzeyir Cəfərov isə iddianın tamamilə əsassız olduğunu qeyd etdi: “Məhkəmənin hansı qərar verəcəyindən asılı olaraq biz bu işlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyik”.
       Daha sonra hakim məhkəmə prosesini sabah (20 iyun) saat 10:30-a qədər təxirə saldı. Bu prosesdə qərarın elan edilməsi gözlənilir.
Xatırladaq ki, iddiaya səbəb  qəzetin 8 aprel 2008-ci il tarixli sayında "Mehman Hacalıyevin (M. Hacaliyev Müdafiə Nazirliyi Mənzil İstismar Xidməti Bölüyünün rəisidir – RATİ) qanunsuz əməlləri bitmir" başlıqlı məqalə olub. Əsgər həmin məqaləni heç bir fakta əsaslanmadığını, yazılanların özünü və valideynlərini narahat etdiyini iddia edib. Bu səbəbdən o, qəzetin təkzib verməsini və 50 (əlli) min AZN məbləğində cərimələnməsini tələb edir.

Previous Post

JUHI KİV ƏMƏKDAŞLARININ SOSİAL PROBLEMLƏRİNİ ARAŞDIRACAQ

Next Post

RATİ SƏDRİ EMİN HÜSEYNOVUN MÜALİCƏSİ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.