SƏFİRLİK BİNASININ ŞƏKLİNİ ÇƏKMƏK İSTƏYƏN JURNALİST POLİS TƏRƏFİNDƏN SAXLANILIB

Yanvarın 12-də “Gündəlik Bakı” qəzetinin baş redaktor müavini Vazeh Bəhramoğlu (Mehdiyev)  peşə fəaliyyətini yerinə yetirərkən  insidentlə üzləşib. Bu barədə bu gün (14 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) V. Bəhramoğlunun özü məlumat verib.

 “Əlimdə fotoaparat Qazaxıstan səfirliyinin qarşısından keçərkən səfirliyin nəzarətçisi məni saxladı. Jurnalist vəsiqəmin müddəti bitdiyi üçün şəxsiyyət vəsiqəmi ona göstərdim və jurnalist olduğumu onlara dedim. Lakin onlar buna o qədər də əhəmiyyət vermədilər və məsələyə polis qarışmalı oldu. Məni Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirdilər. Şəxsiyyətimi müəyyən etdikdən sonra isə, sərbəst buraxdılar”, – deyə o bildirdi.

Nəsimi RPİ-nin 20 saylı polis bölməsindən adını təqdim etməyən əməkdaş RATİ-yə bildirdi ki, sözügedən şəxs səfirlik binasının şəklini çəkməyə cəhd etdiyinə görə saxlanılıb və şəxsiyyəti müəyyən edildikdən dərhal sonra da sərbəst buraxılıb.

Qeyd edək ki, “Gündəlik Bakı” qəzeti 2007-ci ildən fəaliyyətə başlayıb və gündəlik dərc olunur.

Previous Post

MÖHSÜM SƏMƏDOVUN EVİNDƏ AXTARIŞ APARILAN VAXT JURNALİSTLƏRƏ FİZİKİ GÜC TƏTBİQ EDİLİB

Next Post

EYNULLA FƏTULLAYEVİN VƏKİLİ TƏZYİQLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.