“GÜZGÜ” QƏZETİNİN ƏMƏKDAŞINA BİL İL MÜDDƏTİNƏ İSLAH İŞLƏRİ CƏZASI VERİLDİ

 Bu gün (02 noyabr) Qubadlı rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə Abşeron rayon Ceyranbatan qəsəbəsinin bir qrup sakininin Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyevə (Kamran Səxavət) qarşı irəli sürdükləri ittiham  üzrə məhkəmə prosesi müxbirə 1 il müddətinə islah işləri cəzası hökmü oxunmaqla  başa çatıb. Bu barədə RATİ-yə K.Bəyəliyevin vəkili Vüqar Xasayev məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmə kobud qanun pozuntuları ilə keçirilib və hakim işi qərəzli aparıb və  ədalətsiz hökm çıxarıb. Bu səbəbdən də Qubadlı rayon Məhkəməsinin  hökmündən Apellaysiya Məhkəməsinə apellayasiya şikayəti veriləcək.

Xatırladaq ki,  2009-cu il sentyabr ayının 11-də axşam saat 11 radələrində  “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyev ilə Ceyranbatan qəsəbəsinin girişində  Bakı-Sumqayıt magistral yolun üstündə  Sabir Qafarova məxsus kafeni icarəyə götürmüş İdris Zeynalov və İmran Novruzov  arasında mübahisə yaranıb. Mübahisə  icarədarların K.Bəyəliyevdən işlətdikləri kafe barədə yazıları  dayandırmağı tələb etmələri ilə başlanıb.  Baş verən hadisə ilə bağlı K.Bəyəliyev haqqında məhkəməyə şikayət edilib.

K.Bəyəliyev həmin kafenin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyini iddia edirmiş.

 “Güzgü”  qəzeti 1992-ci il iyul ayının 22-dən ayda 1 və ya 2 dəfə çap olunan iqtidaryönlü satirik nəşrdir.

 

 

Previous Post

JURNALİSTLƏRİN POLİSƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Next Post

EYNULLA FƏTULLAYEVİN BAKI ŞƏHƏR PROKURORLUĞUNA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.