BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ MÜDAFİƏ TƏRƏFİN VERDİYİ VƏSATƏTLƏRİN RƏDD EDİLMƏSİ İLƏ BAŞLANDI

Aprelin 19-da  Gəncə şəhər Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi keçirildi. Bu barədə RATİ-yə Bəxtiyar Hacıyevin  vəkili  İntiqam Əliyev məlumat veriblər.

İntiqam Əliyev prosesdə özünün, vəkil Elçin Namazovun, Bəxtiyar Hacıyevin və dövlət ittihamçısı Aleksey Abbasovun iştirak etdiyini bildirdi.

Bəxtiyar Hacıyevin vəkilləri prosesdə  foto və video çəkilişin aparılmasına icazə verilməsi, iş üzrə icraata xitam verilməsi və həbsin girovla əvəz edilməsi barədə vəsatətlərlə çıxış ediblər.

Dövlət ittihamçısı  Abbasov bu vəsatətlərə etiraz etdiyini bildirdi və hakim vəsatətlərin heç birini təmin etməyib.

İntiqam Əliyev bildirdi ki, belə olan təqdirdə vəkillər Nizami rayon Məhkəməsinin tərkibinə etirazla bağlı məhkəməyə müraciət ediblər.

Hakim edilən bu  müraciətin müzakirəsi ilə bağlı olaraq prosesi  20 aprel saat 11:00-a təyin edilməsi barədə qərar verdi.

            Xatırladaq ki, Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq mühafizə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

 

Previous Post

NEMƏT PƏNAHLININ MƏHKƏMƏSİ BAŞLADI

Next Post

JURNALİSTLƏR EYNULLA FƏTULLAYEVƏ DƏSTƏK MƏQSƏDİLƏ ACLIQ AKSİYASI KEÇİRƏCƏKLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.