JURNALİSTLƏR EYNULLA FƏTULLAYEVƏ DƏSTƏK MƏQSƏDİLƏ ACLIQ AKSİYASI KEÇİRƏCƏKLƏR

aprel 19th, 2011
Aprelin 20-də Azərbaycan mediasının 20 aparıcı müxbiri “Gündəlik Azərbaycan və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə dəstək məqsədi ilə  bir günlük aclıq aksiyası keçirəcək. Belə ki, aprelin 20-də Eynulla Fətullayevin həbsindən 4 il keçir. Bu barədə “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu məlumat verib.

Xatırladaq ki,   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.