BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ MAYIN 10-DA DAVAM EDƏCƏK

Mayın 5-də Gəncə şəhər Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə təyin olunan məhkəmə prosesi keçirildi. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  (RATİ)Bəxtiyar Hacıyevin  vəkili   Elçin Namazov  məlumat verib.

Vəkil  bildirdi ki, ilk olaraq, ölkənin tanınmış ziyalılarının – Erkin Qədirli, Hikmət Hacızadə və Zərdüşt Əlizadənin gənc fəalı şəxsi zaminliyə götürmək barədə vəsatəti ərizə şəklində  məhkəməyə təqdim edilib, sonra isə müdafiə tərəfi  məhkəmə prosesində videoyazının aparılması barədə məhkəmədən xahiş edib. Lakin hakim Emin Axundov vəsatətlərin təmin edilmədiyini bildirib.

Gəncə Müvəqqəti Saxlanma Məntəqəsinin rəis müavini Nizami Mehdiyev və Nizami rayon Polis İdarəsinin əməkdaşı Vüsal Şəbəndiyev şahid qismində prosesə cəlb edilərək ifadə veriblər.

Gənc fəal Bəxtiyar Hacıyev çıxışında barəsində qaldırılmış cinayət işinin ədalətli araşdırılmadığını deyərək, məhkəmə istintaqında iştirakdan imtina etdiyini məhkəməyə bildirib və şahidlərin ifadəsini dinləməkdən imtina etdiyini qeyd edib.

Müdafiə tərəfin vəkilləri çıxış etmək istədiklərini bildiriblər, lakin hakim Emin Axundov prosesi 10 may saat 10:00-a təyin edib.

 Xatırladaq ki, Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq mühafizə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

 

Previous Post

8 JURNALİSTİN AVROPA MƏHKƏMƏSİNDƏ OLAN ŞİKAYƏTİNƏ PRİORİTET QAYDADA BAXILIR

Next Post

Beynəlxalq təşkİlatlar Gənc fəalın həbsİnə görə Azərbaycan hakİmİyyətİnİ pİsləyİr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.