XARİCİ RADİOLARIN MƏSƏLƏSİ MTRŞ-DƏ ABŞ NÜMAYƏNDƏLƏRİ İLƏ MÜZAKİRƏ OLUNUB

Bu gün (03 dekabr) Milli Teleziya və Radio Şurasında (MTRŞ) qurumun sədri Nuşirəvan Məhərrəmli ilə ABŞ-da Yayımın İdarəetmə Şurasının nümayəndələri Duog Boynton, Enver Sefir, “Azadlıq” radiosunun nümayəndəsi Juliya Ragana, ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Terri Devidson, ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qanson arasında görüş keçirilib.

Bu barədə məlumatı RATİ-yə sədrin köməkçisi Toğrul Məmmədov verib: “Görüşdə “Azadlıq” və “Amerikanın səsi” radiolarının Azərbaycan respublikasının ərazisində yayımı ilə bağlı məsələ müzakirə edilib. Şura sədri Nuşirəvan Məhərrəmli bu məsələnin sırf hüquqi məsələ olduğunu xatırladıb və onun siyasiləşdirilməsinin düzgün olmadığını bildirib. Şura sədri N.Məhərrəmli Azərbaycan qanunvericiliyində xarici teleradio yayımçılarının Azərbaycan respublikasının ərazisində yalnız milli tezliklərdə yayımını qadağan edən müddəalar barədə qonaqları məlumatlandırıb. Sədr qanunvericilikdə xarici teleradio yayımçılarını ölkə ərazisində yalnız kabel şəbəkəsi, peyk və internet vasitəsi ilə yayımının mümkün olduğunu bildirib”.
Previous Post

HARAŞTİ XARİCİ RADİOSTANSİYALAR VƏ HƏBSDƏKİ JURNALİSTLƏRLƏ BAĞLI AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ MÜRACİƏT EDİB

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI İDDİA ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.