Prezident İlham Əliyev dünən (01 iyul) Azərbaycan polisinin yaranmasının 90 illiyi ilə əlaqədar
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşına fəxri adların verilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən DİN-in mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və xidmətin digər əməkdaşı Cavid Xaspoladov “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüblər. Sərəncam bu gün rəsmi dövlət qəzetlərində dərc edilib.
Qeyd edək ki, Azərbaycanda 2 iyul tarixi 1998-ci ildən polis günü kimi rəsmiləşdirilib.
Qeyd edək ki, Azərbaycanda 2 iyul tarixi 1998-ci ildən polis günü kimi rəsmiləşdirilib.