15 saylı Cəzaçəkmə müəssisəsində cəzaçəkən məhbus Çingiz Mirzəyev mərhum jurnalist, “Monitor” jurnalının
baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı dindirilib. Məlumatı RATİ-yə bu gün (01 iyul) məhbusla görüşən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov verib.
“Mirzəyev Elmar Hüseynovun qətli ilə bağlı mənə məlumat verdikdən və mən bu məlumatları hüquq-mühafizə orqanlarına çatdırdıqdan sonra o aidiyyatı orqanlar tərəfindən dindirilib. Dindirilmənin mahiyyəti barədə sizə məlumat verə bilmərəm, bu düzgün olmazdı. Mirzəyev görüş zamanı ona qarşı heç bir təzyiqin olmadığını bildirib”, – deyə Behbudov vurğulayıb.
Xatırladaq ki, Ç.Mirzəyev bu il mayın 1-də onunla görüşən E.Behbudova "Monitor" jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı məlumatlar vermişdi. Behbudov bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinə və digər aidiyyatı orqanlara müraciət etmişdi.