AŞPA PREZİDENTİ AVROPA ŞURASINA ÜZV ÖLKƏDƏ JURNALİSTLƏRİN HƏBSİNİN YOLVERİLMƏZ OLDUĞUNU BİLDİRİB

Bu gün (02 iyul) Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç Avropa Şurasının

Azərbaycandakı nümayəndəliyində jurnalistlər üçün brifinq keçirib. Azərbaycanda jurnalistlərin həbsdə olması ilə bağlı suala cavabında Luis Mariya de Puç Avropa Şurasının üzv-dövlətlərində jurnalistlərin həbsinin yolverilməz olduğunu bildirib. O AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi son qətnamədə həm jurnalistlərin, həm də humanitar əsaslarla digər siyasi məhbusların dərhal azad edilməsinin tələb olunduğunu xatırladıb.   
AŞPA prezidenti Azərbaycan hakimiyyətinin siyasi məhbuslarla bağlı öz iradəsini göstərməyəcəyi təqdirdə sentyabr ayında siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin oluna biləcəyini vurğulayıb: “Azərbaycan insan haqları, demokratiya standartlarına inteqrasiya etməsə, götürdüyü öhdəliklərə əməl etməsə sərt sanksiyalarla üzləşə bilər.”
“Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin məcburi olaraq məhkəməyə gətirilməsi barədə çıxarılan qərarla bağlı verilən sualı cavablandıran de Puç bu məsələnin detalları ilə yaxından tanış olmadığını söylədi.
Luis Mariya de Puç bu səfərinin nəticəsiz qalmayacağına ümid etdiyini də bildirdi.
Previous Post

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ “ƏMƏKDAR JURNALİST” FƏXRİ ADINA LAYİQ GÖRÜLÜB

Next Post

JURNALİST MÜŞFİQ HÜSEYNOVUN ADI AŞPA-NIN SİYASİ MƏHBUSLAR SİYAHISINDADIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.