“GÜNDƏLİK BAKI”-NIN BAŞ REDAKTORUNUN VƏSATƏTİ TƏMİN OLUNMADI

Bu gün (30 mart) Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə iddiaçı “Hacı Mazan” MMC-nin direktoru Zakir Quliyevin "Gündəlik Bakı"  qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə çıxış edən cavabdeh tərəfin vəkili Zaur İbadov məqalələrin lingvistik ekspertizaya göndərilməsi ilə bağlı vəsatəti yazılı şəkildə hakimə təqdim etdi. Qarşı tərəfin vəkili T.Aslanov isə ekspertiza rəyini ehtiyac olmadığını bildirərək vəsatətin təmin olunmamasını hakimdən xaiş etdi. Daha sonra çıxış edən “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev məqalələrin mülahizələr əsasında yazıldığını bildirdi və gələn məhkəmə proseslərində məhkəməyə sübutlar təqdim edəcəyini bildirdi.
Hakim Elçin Qurbanov müşavirə elan edərək qaldırılmış vəsatəti təmin etmədi və növbəti məhkəmə prosesini 07 aprel saat 17:00-a təyin etdi.
Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və qəzetin 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. Onu da qeyd edək ki, iddiaçı iddiasında qəzetin təkzib verməsini, üzr istəməsini və “Hacı Mazan” şirkətinə dəymiş mənəvi ziyana görə baş redaktor H. Vəliyevdən 1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.
Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

“GÜNDƏLİK BAKI”-NIN BAŞ REDAKTORUNUN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.