“GÜNDƏLİK BAKI”-NIN BAŞ REDAKTORUNUN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (30 mart) Yasamal rayon Məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməli idi.

Lakin məhkəmə prosesi H.Vəliyevin qardaşınının səhhətində yaranan problemlərə görə 06 aprel saat 15:30-a təxirə salındı.
Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub.
Previous Post

“GÜNDƏLİK BAKI”-NIN BAŞ REDAKTORUNUN VƏSATƏTİ TƏMİN OLUNMADI

Next Post

MİRZƏ SAKİT 10 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNİN RƏİSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.