“NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİ VƏ ƏMƏKDAŞLARINA QARŞI KEÇİRİLMƏLİ OLAN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ S

Bu gün (19 may) Xətai rayon Məhkəməsində hakim Bəhram Şükürovun sədrliyi ilə “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota”  qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə (Əliyev) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz  Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2 – ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirilməli idi.

Lakin hakim B. Şükürov məhkəmə prosesini mayın 20-i saat 15:00-a təxirə saldı. Buna səbəb kimi o, T.Novruzov haqqında yazılmış məqalələrin dərc olunduğu qəzetin həqiqətən də “Çap Evi” mətbəəsində  çap edilməsini təsdiq edən  arayışı almaq istəməsi ilə əlaqələndirib.
    Qeyd edək ki, mart ayında T.Novruzov haqqında yazılmış məqalələrlə bağlı Sərdar Əlibəyli, Ramiz Tağıyev və Fərəməz  Novruzoğlu barəsində iddia qaldırmış və 31 mart tarixində Xətai  rayon Məhkəməsində hakim Toğrul Əliyev  yazılmış məqalələrin yanlış olması ilə bağlı “Nota” qəzetinin  təkzib verməsi, üzr istəməsi barədə qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən təkzib verməli olan “Nota” qəzetinin 05-11 Aprel 2009 -cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzrxahlıq  yazısı” başlıqlı məqaləyə görə T.Novruzov yenidən xüsusi ittiham qaydasında iddia qaldırmış və cavabdehlərin CM-nin 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyir.
Previous Post

MƏHKƏMƏ HAZIRLIQ İCLASI YENİDƏN TƏXİRƏ SALINDI

Next Post

“YENİ ÇAĞ”, “ELÇİ” VƏ “HÜNƏR MEYDANI” QƏZETLƏRİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.