MƏHKƏMƏ HAZIRLIQ İCLASI YENİDƏN TƏXİRƏ SALINDI

Bu gün (19 may) Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovun “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı  Cinayət Məcəlləsinin 147.2 (böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirilməli idi. Amma hakim H. Məmmədov məhkəmə hazırlıq iclasını 2 iyun saat 16:00-a qədər təxirə saldı.

 S.Əlibəylinin sözlərinə görə, hakim işlə əlaqədar olaraq yeni faktların olduğunu və bunları araşdırmaq məqsədilə hazırlıq iclasını təxirə saldığını bildirib.
Xatırladaq ki, general-leytenant Zakir Həsənov “Nota“ qəzetində Daxili Qoşunlarla bağlı şərəf və ləyaqəti ləkələyən, onu nüfuzdan salan məqalələr dərc edildiyini iddia edərək Sərdar Əlibəylini CM-nin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib.
Previous Post

İDDİAÇILAR NAZİM QULİYEVİ BAĞIŞLADILAR

Next Post

“NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİ VƏ ƏMƏKDAŞLARINA QARŞI KEÇİRİLMƏLİ OLAN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ S

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.