MÜBARİZ MƏSİMOĞLUNA QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Bu gün (12 mart) Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktor müavini Mübariz Məsimoğluna və vətəndaş Şakir Abbasova qarşı məhkəmə prosesi keçirildi.

Prosesdə cavabdeh, M. Məsimoğlunun vəkili iştirak etməsə də O, prosesin keçirilməsinə etiraz etmədi.
Prosesdə şahid qismində, insidentin baş verdiyi 218 saylı marşrut avtobusunun sürücüsü Rasim Hüseynov dindirildi. Dindirilmə zamanı R. Hüseynov, sükan arxasında olduğu üçün heç bir insidentin şahidi olmadığını, lakin avtobusun arxa tərəfindən sərnişinlərin "avtobusu saxlayın! Səs-küydür, getmək olmur" sözlərinə görə avtobusu saxladığını söyləyib: “Avtobusu saxladıqdan sonra polislər avtobusda səs-küy salanları polis bölməsinə apardılar”. İnsident baş verən gün, axşam saatlarında Yasamal Rayon Polis İdarəsinə çağrıldığını bildirən R. Hüseynov, hadisə ilə bağlı izahat verdiyini də bildirib: “Mən latın əlifbasında yazıb və oxuya bilmədiyim üçün izahatı mənim əvəzimə polislər yazdı və mən də onu imzaladım”. Bu sözləri də şahid R. Hüseynov bildirib.
Bundan sonra hakim T. İsmayılov növbəti məhkəmə prosesini 31 mart 11:00-a təyin etdi.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında 218 saylı marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə M. Əsədova və E. Carçıyev arasında  mübahisə yaranıb və insidentlə bağlı Yasamal RPİ-nin istintaq şöbəsində  M. Məsimoğluna qarşı CM-nin 221.2  (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb.
Previous Post

ƏLİ ƏKBƏRİN “ARTUŞ VƏ ZAUR” KİTABI SATIŞDAN YIĞIŞDIRILDI

Next Post

MƏTBUAT ŞURASI APARDIĞI MONİTORİNQİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.