ONLAYN JURNALISTİKA İLƏ BAĞLI YENİ LAYİHƏYƏ REGİONAL JURNALİSTLƏR QATILACAQ

may 6th, 2009
IREX təşkilatının Azərbaycan nümayəndəliyi mediaya yardım proqramı çərçivəsində onlayn jurnalistika ilə bağlı yeni layihəyə başlayır.

Bu barədə RATİ-ə IREX təşkilatının Mediaya Yardım Layihəsinin direktor müavini Şahin Abbasov məlumat verib. Onun sözlərinə görə, iyul ayından start veriləcək layihə ilə bağlı nümayəndəlik Azərbaycanın müxtəlif rayon və şəhərlərində (Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Bərdə, Quba, Zaqatala, Tovuz, Şəki və s.) fəaliyyət göstərən jurnalistləri əməkdaşlığa dəvət edir. Layihədə iştirak edəcək jurnalistlərdən yaşadıqları regionla bağlı müxtəlif jurnalist araşdırmalarını, hadisələrin foto və video çəkilişlərini onlayn mühitə yerləşdirmək qabiliyyəti tələb olunur.
Layihədə iştirak edəcək şəxslər üçün əlavə təlimlər keçiriləcək və onların fəaliyyətləri qonorarla qiymətləndiriləcək.