“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTOR MÜAVİNİNİN MƏHKƏMƏSİ OLUB

Bu gün (21 yanvar) Yasamal rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə Məleykə Əsədova və Emil Carçıyevin “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi.

Məhkəmə prosesinə hazırlıq iclasında iddiaçı tərəfdən Məleykə Əsədova, cavabdeh tərəfdən isə “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktorunun müavini  Mübariz Məsimoğlu iştirak edirdilər. Məhkəmə prosesi açıq keçirilsə də hakim iddiaçı Məleykə Əsədovanın xahişini nəzərə alaraq jurnalistlərin zala daxil olmasına icazə vermədi. Hakim prosesin gedişində cavabdeh tərəfin vəkilinin iştirak etmədiyini əsas gətirərək prosesi 28 yanvar saat 11:00-a qədər təxirə saldı.
Mübariz Məsimoğlunun sözlərinə görə, iddia Yasamal rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynovun sifarişi əsasında qaldırılıb. Jurnalist iddia edir ki, onun istintaqın nə vaxt aparılmasından və işin məhkəməyə göndərilməsindən xəbəri olmayıb.
Xatırladaq ki, iddiaya 2008-ci ilin avqust ayında marşrut avtobusda “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə Məleykə Əsədova (Qeyd: İddiaçı xanım Azərbaycanın xalq artisti olan Məleykə Əsədova deyil)və Emil Carçıyev arasında  baş vermiş mübahisə səbəb olub.
Previous Post

“HUMAN RIGHTS HOUSE” VƏ ƏMƏKDAŞLARI RUSİYADA HÜQUQ MÜDAFİƏÇİSİ VƏ JURNALİSTİN QƏTLƏ YETİRİLMƏSİNDƏN NARAHATLIQ İFADƏ EDİRLƏR

Next Post

MÜĞƏNNİ “SPONSOR” SÖZÜNƏ GÖRƏ TƏHQİR OLUNDUĞUNU İDDİA EDƏRƏK JURNALİSTİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.