Dünən (20 yanvar) Norveç insan haqları təşkilatı "Human Rights House"-un” (İnsan Hüquqları Evi) təşəbbüskarlığı ilə Rusiya hökumətinə tanınmış hüquq müdafiəçisi və hüquqşünas Stanislav Markelovun və jurnalist Anastasia Baburovanın qətlə yetirilməsini pisləyən bəyanat ünvanlanmışdır.
Bəyanatı “Human Rights House”-un üç şəbəkəsi və Azərbaycandan da iki təşkilat – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və “Məqsədyönlü İnkişaf Üçün” Qadın Cəmiyyəti (MİQC)- daxil olmaqla digər yeddi təşkilat imzalamışdır.
"Biz bunu siyasi məsələ hesab edirik və Rusiya hökumətinə müraciət edirik ki, ölkədə bu və digər siyasi qətl hadisələri ilə bağlı dərhal, tam və ədalətli istintaq aparılsın", – deyə bəyanatda bildirilir. Bəyanatda qətl haqqında təfsilatı ilə məlumat verilir və sonra yekunda deyilir: "Biz ölkədə hüquq müdafiəçilərinin təhlükəsizliyindən narahatıq və BMT Baş Assambleyasının 8 mart 1999-cu il tarixli 53/144 saylı Qərarının 1-ci Maddəsinə, Fərdlərin, Qrupların, Cəmiyyət Orqanlarının Ümumdünya İnsan Hüquqları və "hər kəsin fərdi şəkildə və başqaları ilə birgə insan hüquqlarını və Əsas Azadlıqlarını milli və beynəlxalq səviyyədə inkişaf etdirmək, qorumaq və həyata keçirmək üçün can atmaq hüququnu" müəyyən edən Əsas Azadlıqlarını Qorumaq və İnkişaf etdirmək üçün Hüquqları və Məsuliyyətləri üzrə Deklarasiyasına uyğun olaraq, Rusiya hökumətini bütün hüquq müdafiəçilərinin və tənqidi fikirlər söyləyənlərin təhlükəsizliyini qəti surətdə təmin etməyə çağırırıq."
Bəyanatın tam mətnini “Human Rights House”-un www.humanrightshouse.org ünvanındakı veb saytında oxuya bilərsiniz.