Xatırladaq ki, Hüseynovun həbsindən əvvəl "Bizim Yol" qəzetinin 14 iyun 2007-ci il tarixli sayında "Bizim Yol-a qarşı təxribatın qarşısı alınıb" adlı məqalə dərc edilmişdi. Məqalədə göstərilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Bizim Yol" qəzetinin iqtisadi-sosial şöbəsinin redaktoru Müşviq Hüseynova qarşı tələ qurmaq üçün üsullar axtarır. Həbsi ərəfəsində Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov və Rizvan Əliyev də daxil olmaqla, nazirliyin əməkdaşlarının qeyri-qanuni əməlləri barəsində silsilə məqalələr yazıb.
RATİ Hüseynovun həbsi ilə bağlı 14 fevral 2008-ci il tarixdə xüsusi hesabat hazırlamış və həmin hesabatı ictimaiyyətin diqqətinə çatdırmışdır. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Hüseynov Milli Mətbuat Günü (22 iyul) gözlənilən əfv fərmanının imzalanmamasını ört-basdır etmək üçün (Hüseynovun həbsi telekanallarda nümayiş etdirildi və dövlət qəzetlərində müstəqil mətbuata qarşı qarayaxma kampaniyasına başlanıldı) təşkil edilmiş xüsusi əməliyyat nəticəsində həbs olunmuş, o dəfələrlə Rizvan Əliyev tərəfindən pul götürməyə təhrik edilmişdir. Hüseynovun işi üzrə məhkəmə araşdırması bir sıra qanun pozuntuları ilə aparılmışdır.
Hesabatla tanış olmaq üçün:
Azərbaycan dilində:
http://www.irfs.az/component/option,com_remository/Itemid,32/func,fileinfo/id,7/
İngilis dilində: http://www.irfs.az/component/option,com_remository/Itemid,32/func,fileinfo/id,8/