18 YAŞI TAMAM OLAN “MÜXALİFƏT” QƏZETİ NƏŞRİNİ BƏRPA EDƏCƏK

Bu gün (15 oktyabr) “Müxalifət” qəzetinin 18 yaşı tamam olur. Maliyyə çatışmazlığı səbəbindən çapında fasilə yaranmış qəzetin baş redaktoru Rövşən Kəbirli bildirib ki, onun və redaksiyanın aparıcı əməkdaşı Yaşar Ağazadənin 2007-ci ildə qanunsuz həbsi qəzetin fəaliyyətinə sarsıdıcı zərbə vurub:

“Həbsdən çıxdıqdan sonra özümüzün imkanlarımız hesabına qəzetin nəşrini bərpa etdik. Ancaq biz həbsdə olduğumuz 8 aylıq fasilə sözünü dedi: maddi bazanın tamamilə sıradan çıxması, yayım firmaları ilə əlaqələrin qırılması, fasilənin yaratdığı oxucu itkisi qəzetin nəşrini davam etdirməyi mümkünsüz etdi. Nəticədə nəşriyyata yaranmış borc üzündən fəaliyyətimizdə müvəqqəti fasilə verməyə məcbur olduq” – deyən R.Kəbirli onu da əlavə etdi ki, artıq qəzetin çap olunduğu “Azərbaycan” nəşriyyatına olan borcu qaytarılıb və noyabrın əvvəllərindən qəzetin nəşrini bərpa etmək fikrindədirlər.
Xatırladaq ki, “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə 2007-ci ilin may ayının 16-da millət vəkili, akademik Cəlal Əliyevin iddiasına əsasən həbs olunmuş və 2007-ci il dekabrın 28-də prezidentin əfv fərmanı ilə azadlığa buraxılmışdılar.

Previous Post

MİKLOŞ HARAŞTİ AZƏRBAYCANDA MEDİANIN VƏZİYYƏTİNDƏN NARAHATDIR

Next Post

NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.