İCTİMAİ BİRLİYİN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİASINA ƏSASƏN PROSES KEÇİRİLİB

Dünən (15 mart) Yasamal rayon məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə “Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təsisçiləri Əli Bəşirli və Şükür İzzətoğlunun Ədliyyə Nazirliyinə qarşı “İB-nin qeydiyyata alınmamasının qanunsuz hesab edilməsi” ilə bağlı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində iddiaçı tərəfdən Şükür İzzətoğlu istirak edirdi. Cavabdeh
tərəfdən heç kim iştirak etməsə də, Şükür İzzətoğlu  məhkəmə prosesinin keçirilməsinə etiraz etmədiyini bildirərək, hakimdən iddianı təmin etməsini xahiş etdi. “Qanunvericiliyə əsasən Ədliyyə Nazirliyi ərizəyə  40 gün ərzində cavab verməlidir, əks-təqdirdə təşkilat qeydiyyata alınmalı və şəhadətnamə verilməlidir” – deyə vəsatət qaldıran Ş.İzzətoğlu, bu vəsatətin qərarda nəzərə alınmasını xahiş etdi.
Hakim qərarın oxunması üçün məhkəmə prosesini 17 mart saat 10:00 təyin etdi.
Qeyd edək ki, 2009-cu ilin mart ayında təsis olunan “Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi” İctimai Birliyi 7 aprel 2009-cu ildə Ədliyyə Nazirliyinə müraciət etsə də, qeydiyyata alınmadığına görə məhkəməyə müraciət edib.

Previous Post

JURNALİSTLƏRƏ YARDIM EDİLİB

Next Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞƏ BİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.