JURNALİSTLƏRƏ YARDIM EDİLİB

Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu mart ayında daxil olan müraciətlərə baxaraq, KİV nümayəndələrinə ümumilikdə 3700 ABŞ dolları həcmində maliyyə yardımı ayırıb. Bu barədə “Turan” məlumat yayıb.

“Məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi” bəndinə görə “Yeni Müsavat” qəzetinin redaksiyasına 500 ABŞ dolları, “Poliqon” agentliyinin əməkdaşı Elmin Bədəlova 300 ABŞ dolları ayrılıb.
“Peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsinə yardım edilməsi” bəndinə görə “Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızına 400 ABŞ dolları, “SalamNews” agentliyinin əməkdaşı Zülfüqar Xeyirxəbərə 300 ABŞ dolları ayrılıb.
Bundan başqa, “Həbs edilən jurnalistin ailə üzvünə və ya rəsmi nümayəndəsinə yardım edilməsi” bəndinə görə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə (atası Emin Fətullayevin müraciətin əsasən) 500 ABŞ dolları, “Nota” qəzetinin baş redaktoru Sərdar Əliyevə 300 ABŞ dolları məbləğində maliyyə yardımı edilib.
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun qərarına əsasən “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitin müalicəsini xarici ölkədə davam etdirməsi məqsədilə 1400 ABŞ dolları məbləğində maliyyə yardımı edilməsi barədə müraciət də təmin olunub.
Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondunun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.
Layihə Açıq Cəmiyyət İnstitutu Yardım Fondu – Azərbaycanın maliyyə dəstəyi ilə gerçəkləşir.

Previous Post

“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Next Post

İCTİMAİ BİRLİYİN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİASINA ƏSASƏN PROSES KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.