MAHAL İSMAYILOĞLUNUN APELLYASİYA ŞİKAYƏTİNƏ ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Dünən (24 dekabr) Sumqayıt Apellyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun (Sadıqov) Abşeron rayon Məhkəməsinin çıxardığı  hökmdən verdiyi apelyasiya şikayətinə əsasən məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Mahal İsmayıloğlu məlumat verib. O bildirib ki, prosesdə tibbi ekspert dolaşıq ifadə verib. Daha sonra tibbi ekspert vəkilin suallarını cavablandırıb. Bundan əlavə prosesdə onun özünün və zərərçəkmiş şəxs qismində tanınan Nəcibə Səfərovanın da ifadələri dinlənilib. Növbəti proses isə 7 yanvar saat 14:30-a təyin edilib.
Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında 2008-ci il iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu 3 və 21 iyun 2008-ci il tarixlərində döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılmışdı. 1 iyul 2009-cu il tarixində Abşeron rayon Məhkəməsi M.İsmayıloğlunu CM-in 127-ci (qəsdən sağlamlığa az zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə təqsirli bilərək, ona 2 il şərti azadlıqdan məhrumetmə cəzası verib. M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir.

Previous Post

“ARTİCLE 19” GƏNC BLOQÇULARI AZAD ETMƏYƏ ÇAĞIRIR

Next Post

MİLLİ MƏCLİS SƏDRİ JURNALİSTİN AZAD OLUNMASININ ƏLEYHİNƏ ÇIXIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.