PENİTENSİAR XİDMƏTİN “ZERKALO” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün (22 avqust) Yasamal Rayon Məhkəməsində Raqib Qurbanovun sədrliyi ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin "Zerkalo" qəzeti və məqalə müəllifi Alyona Myaslikovaya qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Bu haqda məlumatı RATİ-yə A.Myaslikova özü verib: ""Zerkalo" qəzetində "Ölüm cəzası", "Açıq vərəm zonası", "Qobustan qəbirstanlığı" adlı məqalələrim dərc olunub və həmin məqalələrə görə məni və "Zerkalo" qəzetini məhkəməyə veriblər. Buna görə, məndən 50 min manat AZN ödənilməsini, "Zerkalo" qəzetindən isə təkzibin verilməsini tələb edirlər.   "Açıq vərəm zonası" adlı məqalədə yazdığım yazının nə qədər həqiqətə uyğun olub-olmamasını dəqiqləşdirmək üçün hakim Rəqib Qurbanov həmin zonada istintaqın aparılması qərarını çıxarıb. Hakim R.Qurbanov bildirib ki, istintaq araşdırması bitəndən sonra növbəti məhkəmə prosesində qərar açıqlanacaq. Proses 8 sentyabr saat 11.00-a təyin edilib".

Previous Post

MİRZƏ SAKİT HƏBSXANA RƏİSİNİ MƏHKƏMƏYƏ VERMƏYƏ HAZIRLAŞIR

Next Post

JURNALİST MAHAL İSMAYILOĞLU ƏMƏLİYYAT OLUNMALIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.