MTRŞ-YƏ QARŞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Bu gün (16 iyun) 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” (SGHM) ictimai birliyinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı SGHM-in prezidenti Elçin Məmmədli və onun səlahiyyətli nümayəndəsi Müşfiq Abdullayev, cavabdeh tərəfdən isə MTRŞ-nin nümayəndəsi Toğrul Məmmədov iştirak edirdilər.
İddiaçı E.Məmmədli iddiasının əsaslı olduğunu deyərək, Sumqayıt şəhərində yeni bir tezliyin açılmasının zəruri olduğunu bildirdi və Sumqayıt əhalisinin tezliyin açılmasına görə  toplanan imzaların siyahısının surətini  məhkəməyə təqdim etdi.
Cavabdehin nümayəndəsi T.Məmmədov isə iddianı qəbul etməyərək, MTRŞ-yə qarşı vəzifəli şəxsin hərəkət (hərəkətsizliyindən) şikayət üzrə icraata xitam verilməsi  barədə qərardad çıxarması barədə məhkəmə qarşısında vəsatət qaldırdı.
Hakim M.Bayramov vəsatətlə bağlı qərarın növbəti prosesdə baxılacağını bildirdi və növbəti prosesi 24 iyun, saat 16:15-ə təyin etdi.

Xatırladaq ki, SGHM Sumqayıt şəhərində yeni telekanalın açılması təşəbbüsü ilə 2009-cu ilin yanvar ayında MTRŞ-na müraciət edib və rədd cavabı aldığı üçün “lisenziya verilməməsinin qanunsuz hesab olunması” iddiası ilə məhkəməyə müraciət edib.

Previous Post

AZƏR ƏHMƏDOVUN İDDİASI ÜZRƏ KEÇİRİLMƏLİ OLAN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Next Post

MİLLİ QHT FORUMUNUN İDARƏ HEYƏTİ QHT QANUNUNA DƏYİŞİKLİKLƏR LAYİHƏSİNƏ ETİRAZ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.