Bu gün (16 iyun) Səbail rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun Milli Təhlükəsizlik Nazirliyinə Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər İstintaq İdarəsinin rəisi Eldar Əhmədova qarşı telefon danışıqlarının dinlənilməsinin qanunsuz hesab olunması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi baş tutmayıb.
Azər Əhmədovun səlahiyyətli nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Fariz Namazlı məhkəmə prosesində iştirak edə bilmədiyindən, proses 23 iyun saat 12.00-dək təxirə salınıb.
Qeyd edək ki, iddiaya səbəb “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin işi üzrə istintaqın gedişi zamanı A.Əhmədovun da telefon danışıqlarının dinlənilməsi olub. İddiaçı A.Əhmədov telefon danışıqlarının dinlənilməsinin qanunsuz hesab edilməsi və ona dəymiş mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb edir.