TATYANA ÇALADZE EYNULLA FƏTULLAYEV HAQQINDA KİTAB YAZMAĞI PLANLAŞDIRIR

“Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsi”nin sədri Tatyana Çaladze “Gündəlik Azərbaycan” və “Realniy Azerbadjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev haqqında kitab yazmağı planlaşdırır.

Bu   xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) T. Çaladzenin özü verib. O, E. Fətullayevə qarşı qaldırmış olduğu iddianın əsl mahiyyətindən çox az adamın bilgili olduğunu, bu məsələnin mahiyyətinin bəzi KİV-lərdə düzgün işıqlandırılmadığını və bunun nəticəsi olaraq bəzi beynəlxalq təşkilatların F. Fətullayevi vicdan məhbusu kimi tanımasını bildirib. Bu kitabı, məsələnin mahiyyətini ictimaiyyətə düzgün çatdırmaq məqsədi ilə yazmaq istədiyini söyləyən T. Çaladze, kitabda baş redaktor barəsində açılmış cinayət işindən götürülmüş materiallardan istifadə edəcəyini də deyib.
T. Çaladzenin söylədiklərinə Eynulla Fətullayev də münasibət bildirib. Baş redaktor atası Emin Fətullayevlə telefon danışığında T. Çaladzenin fikirlərini ciddi qəbul etmədiyini və bu şəxsə yazığı gəldiyini söyləyib.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də T. Çaladzenin iddiası əsasında böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

“GÜNDƏLİK BAKI”NIN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Next Post

ABŞ RADİOLARLA BAĞLI AZƏRBAYCAN HÖKUMƏTİNƏ SAZİŞ TƏKLİF EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.