STREKALENİN MƏHKƏMƏSİ BAŞLANDI

Bu gün, (05 iyun) Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin (Xəlilov) bıçaqlanmasında ittiham olunan Sergey Strekalenin işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib. 

İclasda zərərçəkən şəxs Aqil Xəlil və onun vəkili Elçin Sadıqov iştirak etmirdilər. Onlar tərəfindən iclasın təxirə salınması xahişi ilə məhkəməyə yazılı vəsatət göndərilmişdi. Vəsatətdə Xəlilin vəkilinin ABŞ-da səfərdə olduğu və onun bu səbəbdən prosesdə iştirak etmək imkanında olmadığı bildirilirdi. 
Vəsatətə münasibət bildirən dövlət ittihamçısı Eldar Həmzəyev bildirdi ki, Azərbaycan qnunvericiliyinə əsasən məhkəməyə hazırlıq iclasında tərəflərdən hər hansı birinin iştirak etməməyinə görə prosesin təxirə salınması məqsədəuyğun deyil.   
Strekalenin və onun vəkili Akif Xəlilov da prosesin davam etdirilməsinə, habelə məhkəmə heyətinə etiraz etmədilər. Sonra hakim prosesi zərərçəkənin və onun vəkilinin iştirakı olmadan davam etdirdi. 
Daha sonra söz alan prokuror Həmzəyev  ibtidai istintaq dövründə heç bir qanun pozuntusu olmadığını bildirdi və prosesin davam etdirilməsini məhkəmədən xahiş etdi.
Amma hakim zərərçəkmiş A. Xəlilin məhkəməyə təqdim etdiyi başqa bir vəsatətin də olduğunu bildirdi. Hakimin sözlərinə görə, bu vəsatətdə A. Xəlil işlə yaxından tanış olmaq və prosesə daha yaxşı hazırlaşmaq üçün cinayət işinin materiallarının ona təqdim edilməsi xahiş edib.  Vəsatət hakim tərəfindən yerində müzakirə olunaraq qəbul olundu və bununla da məhkəmə prosesi  iyun ayının 20-i saat 11:00-a təyin olundu.
 Qeyd edək ki, hakim iclas zamanı  video və foto çəkilişinin cəmi 5 dəqiqə ərzində aparılmasına icazə verdi. Lakin iclas bir operator tərəfindən bütünlükdə lentə alınırdı. Hakim Ş. Abdullayev bu çəkilişin məhkəmə tərəfindən aparıldığını bildirdi.
 Xatırladaq ki, S. Strekalinin mart ayının 13-də “Azadlıq” qəzetinin əməkdaşı A. Xəlili bıçaqlamaqda təqsirli bilinərək Cinayət Məcəlləsinin 127.1 və 234.1-ci (narkotik maddələrin qanunsuz saxlanılması) maddəsi ilə ittiham edilir.

 

FOTOLAR:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,57/

Previous Post

TƏHMASİB NOVRUZOVUN İDDİASI ÜZRƏ “AZADLIQ” QƏZETİNİN MƏHKƏMƏSİ İYULUN 1-DƏ DAVAM EDƏCƏK

Next Post

MİRZƏ SAKİTƏ QARŞI TƏXRİBAT HAZIRLANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.