MTN VƏ BAŞ PROKURORLUQLA BAĞLI NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (23 iyun) Səbail rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun Milli Təhlükəsizlik Nazirliyinə, (MTN) Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər İstintaq İdarəsinin rəisi Eldar Əhmədova qarşı

telefon danışıqlarının dinlənilməsinin qanunsuz hesab olunması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) iddiaçının səlahiyyətli nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili  Fariz Namazlı məlumat verib.
Prosesdə hər iki tərəfin nümayəndələrinin iştirak etdiyini deyən F.Namazlı “iddianın hüquqi əsaslarının dəyişdirilməsi” barədə vəsatət qaldırdıqlarını və hakim A.Hüseynovun vəsatəti təmin edərək, məhkəmə prosesini 24 iyun, saat 9:30-a təyin etdiyini bildirdi.
   Qeyd edək ki, iddiaya səbəb “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin işi üzrə istintaqın gedişi zamanı A.Əhmədovun da telefon danışıqlarının dinlənilməsi olub. İddiaçı A.Əhmədov telefon danışıqlarının dinlənilməsinin qanunsuz hesab edilməsi və ona dəymiş mənəvi ziyana görə konpensasiya ödənilməsini tələb edir.
Previous Post

ELAN!

Next Post

JUHİ ƏMƏK HÜQUQLARININ QORUNMASINA HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.