Jurnalistin məhkəməsi davam edir

398327_525389854153700_112437647_n

Aprelin 24-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin və onunla bərabər tutulan Təvəkkül Qurbanovun cinayət işi üzrə   məhkəmə  prosesi keçirilib.

Prosesdə jurnalistin vəkili Elçin Sadıqov iş üzrə bəzi  şəxslərin şahid kimi dindirilməsi və eyni zamanda jurnalistin evindən çıxan silahların istifadəyə yararlı olmasının müəyyən edilməsi üçün ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb.   “İstintaq materiallarından görünür ki, bu, “Siqnal” tipli tapançalardır və xüsusi xidmətlər üçün istehsal edilir. Yalnız üzərində kustar şəkildə işləndikdən sonra döyüş atışı üçün yararlı olur. İstintaq zamanı eksperiment aparılmayıb və biz tapançaların və qumbaraların döyüş üçün yararlılığı haqqında ekspertiza aparılmasını istəyirik”, deyə vəkil bildirib.

Hakim vəsatətlərə  növbəti məhkəmədə münasibət  bildirəcəyini deyib.

 Prosesdə   Təvəkkül Qurbanovun evindən silah tapılan zaman hal şahidi qismində iştirak edən Sevda Məmmədova ifadə verərək bildirib ki,  onu Təvəkkülün evinə qonşusu zorla aparıb və evdən silah çıxdığını görüb. O əlavə edib ki, silahı əməliyyatçılara   Təvəkkül Qurbanov özü təhvil verib.

Məhkəmə zamanı jurnalist bildirib ki, onun haqqında Milli Təhlükəsizlik naziri Eldar Mahmudova yalnış məlumat verirlər.

Qeyd edək ki, növbəti proses aprelin 28-nə təyin olunub.

Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Daha sonra ona Cinayət Məcəlləsinin228.2.2-ci  (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrar törədildikdə) maddəsi üzrə də ittiham irəli sürülüb.

Previous Post

Jurnalist barəsində həbs qətimkan tədbiri seçilib

Next Post

Facebook fəalı Əbdül Əbilovun cinayət işi üzrə məhkəmə keçirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.