Jurnalistin məhkəməsi üzrə şahid və zərərçəkmiş ifadə verib

serdar elibeyli nizami mehkemesi

Oktyabrın 14-də Xətai rayon məhkəməsində həbsdə olan “Nota Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə iclası keçirilib.

Məhkəmədə  zərərçəkmiş şəxs Namiq Əmirov  və şahid dindirilib.  Zərərçəkən şəxs bildirib ki, S.Əlibəyli onu yumruqla vurub, sonra təpikləyib və qaçmaq istəyəndə isə daşla başına xəsarət yetirib. Zərərçəkmiş şəxs müdafiə tərəfin vəkillərinin bir çox suallarına  unutmuşam deyərək cavab verməyib.  İş üzrə şahid qismində dindirilən şəxs bildirib ki,  hadisə uzaqda olduğu üçün hadisənin necə baş verdiyini görmədiyini, yalnız zərərçəkənin əlini başına tutaraq  qaçdığını görüb. Ancaq məhkəmədə dövlət ittihamçısı və müdafiə tərəfin vəkili şahidin ifadəsində ziddiyyətlərin olduğunu bildirdikdən sonra  şahid hadisənin üstündən aylar keçdiyini və buna görə də bəzi şeyləri unutduğunu bildirib.

Məhkəmə müdafiə tərəfin vəkili  Samir İsayev məhkəmə gedişatı zamanı foto və video çəkiliş aparılmasına icazə verilməsi ilə bağlı vəsatət qaldırıb.  Ancaq məhkəmə vəsatəti təmin etməyib.

            Qeyd edək ki,  növbəti məhkəmə 28 oktyabr saat 11:30-a təyin edilib.

            Xatırladaq ki, iyulun 31-də “Note- Bone” qəzetinin baş redaktoru Sərdar Əlibəyli axşam saatlarında “Nərimanov” metro stansiyasının yaxınlığında Xətai rayon 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə gətirilib və barəsində 2 sutka tutma haqqında qərar qəbul edilib. Sərdar Əlibəyli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) ilə ittiham olunur. Avqustun 2-də Xətai rayon Məhkəməsi  barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib. Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qüvvədə saxlanılması barədə qərar verib. Jurnalist hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Əlibəyli ona qarşı irəli sürülən ittihamla razılaşmadığını və ittihamın qurama olduğunu, həbsinin səbəbi kimi son həftələrdə yazdığı sərt məzmunlu yazıları gördüyünü bildirir.

Previous Post

12 oktyabr aksiyasında polis jurnalistlərə fiziki təzyiq edib

Next Post

Jurnalistin işi üzrə çıxışlar olacaq

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.