12 oktyabr aksiyasında polis jurnalistlərə fiziki təzyiq edib

Oktyabrın 12-də Demokratik Qüvvələrin Milli Şurasının keçirdiyi sanksiyalaşdırmış aksiyadan sonra metronun “İnşaatçılar” stansiyasının yaxınlığında polis ilə aksiya iştirakçıları arasında qalmaqal baş verib. Polis aksiya iştirakçılarını fiziki güc tətbiq edib. Baş vermiş qalmaqalı işıqlandıran jurnalistlər də polisin fiziki təzyiqinə məruz qalıb.

Polis öz peşə fəaliyyətini yerinə yetirən jurnalist Tural Qurbanlı və Emil Nihil fiziki təzyiqə məruz qalıb. Polis jurnalist Emil Nihilə ağır xəsarət yetirib. Jurnalist Respublika Klinik Xəstəxanasına aparılıb və onun alt çənəsinə tikiş vurulub. Bundan başqa azadxeber.net internet qəzetinin əməkdaşı Pərvin Zeynal polis tərəfindən saxlanılıb və fotoaparatı əlindən alınıb. Çevik Polis əməkdaşları Pərvin Zeynalı qollarını buraraq avtobusa tərəf aparıblar və əlində olan fotoaparatı alıblar. Polislər onu təxminən 300 metr başı aşağı apararaq avtobusa mindiriblər. Jurnalist hava çatışmamazlığı nəticəsində huşunu itirib. Polislər jurnalistə ilkin tibbi yardım göstərdikdən sonra jurnalisti Yasamal Rayon Polis İdarəsinə aparıblar və üzərində olan mobil telefon və kameranı müsadirə ediblər. Sorğu-sualdan sonra jurnalist sərbəst buraxılsa da, müsadirə edilən fotoaparat ona qaytarılmayıb. Polislər fotoaparatın onlar tərəfindən götürülmədiyini bildirir. Eyni zamanda polis çəkiliş aparan Britaniya vətəndaşı  Kevin Paul McKerry-ni  döyüb və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Rasim Əliyevin kamerasını sındırıb. Polis həmçinin çəkiliş aparan 4-5 jurnalistə də müxtəlif formalarda təzyiq edərək onların peşə fəaliyyətini yerinə yetirməsinə mane olublar.

Previous Post

Mübahisələndirilən seçki sonrası jurnalistlər yaranmış yeni təzyiq dalğasının qurbanı olublar

Next Post

Jurnalistin məhkəməsi üzrə şahid və zərərçəkmiş ifadə verib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.