İCTİMAİ BİRLİK SƏDRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

  Dünən (29 sentyabr) Bakı Apelyasiya Məhkəməsində hakim Ərəstun Qasımovun sədrliyi ilə Regional İnsan Hüquqları və  Maarifləndirmə Mərkəzinin rəhbəri Lətifə Məlikovanın mərkəzin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmaması ilə bağlı qaldırdığı iddiaya əsasən 1 iyul 2009-cu il tarixində Yasamal rayon Məhkəməsində çıxarılmış qərardan verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.


Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) L. Məlikova məlumat verib.

     Prosesdə  iddiaçı qismində mərkəzin rəhbəri L. Məlikova və  Hüquq Maarifçilik Cəmiyyətinin vəkili Sadiq Bağırov, cavabdeh qismində Ədliyyə Nazirliyinin nümayəndəsi Etibar Mustafayev iştirak edib.
     Hakim Ə. Qasımov iddianın təmin olunmaması barədə qərar verib.
     L.Məlikova RATİ-yə onu da bildirib ki, Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti  edəcək.
      Xatırladaq ki, L.Məlikova 2008-ci ilin noyabr ayından  “Regional İnsan Haqları və Maarifləndirmə Mərkəzi” İB-nin qeydiyyata  alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmiş və qeydə alınmadığı üçün məhkəməyə müraciət etmişdi. Yasamal rayon məhkəməsində 1 iyul 2009-cu ildə iddianın təmin olunmaması ilə bağlı qərar çıxarılmışdı.
Previous Post

NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜ İLƏ BAĞLI KEÇİRİLƏN EKSPERTİZANIN NƏTİCƏLƏRİ AÇIQLANDI

Next Post

“TURAN SERVİS” RƏHBƏRİNİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.