GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (22 dekabr) Bakı Apellyasiya məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə gənc bloqçular – Emin Milli və Adnan Hacızadənin vəkilləri İsaxan Aşurov və Elton Quliyevin Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə proses keçirilib.

Vəkil İ. Aşurov bloqçularla bağlı seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə əlaqədar vəsatət verdi. Dövlət ittihamçısı Binnət Həsənov isə həbs qətimkan tədbirinin dəyişdirilməsinə heç bir əsas olmadığını bildirərək vəsatətin təmin edilməməyini istədi.
 
Hakim vəsatətim təmin edilməməsi ilə bağlı qərar qəbul edərək növbəti məhkəmə prosesini 2010-cu il 08 yanvar saat 11:00-a təyin etdi.
 
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Adnan Hacızadənin 2 il 6 ay, Emin Millinin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarmışdı.
 
Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ QARŞI HÜCUMLA BAĞLI HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİNIN MÜRACİƏTİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.