AZƏR ƏHMƏDOVUN BAŞ PROKURORLUĞA VƏ MTN-Ə QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (4 iyun) Səbail rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun Milli Təhlükəsizlik Nazirliyinə Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər İstintaq İdarəsinin rəisi Eldar Əhmədova qarşı telefon danışıqlarının dinlənilməsinin qanunsuz hesab olunması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Qapalı keçirilən proses barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Azər Əhmədovun səlahiyyətli nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Fariz Namazlı məlumat verib. Prosesdə cavabdeh tərəfdən MTN-nin nümayəndəsi Emin Qəmərli və Baş prokurorluğun nümayəndəsi Əli Quliyev iştirak edib.
“Baş prokurorluq və MTN-in telefon danışıqlarının dinlənilməsi ilə bağlı məhkəmə qərarının təqdim edilməsi barədə hazırlıq iclasında vəsatət qaldırmışdıq.  Lakin Baş prokurorluğun nümayəndəsi Ə.Quliyev hazırlıq iclasında iştirak etmədiyi üçün məktubun sürətini növbəti prosesdə təqdim edəcək”, – deyə F.Namazlı qeyd etdi ki, növbəti proses 16 iyun saat 11.40-a təyin olunub.
Xatırladaq ki, qapalı keçirilməsi hazırlıq iclasında MTN-nin nümayəndəsi E.Qəmərlinin peşə sirrinin qorunması ilə bağlı vəsatətinə əsasən hakim A.Hüseynov bütün məhkəmə prosesinin qapalı keçirilməsini qərara alıb.
Qeyd edək ki,  iddiaya səbəb “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin işi üzrə istintaqın gedişi zamanı A.Əhmədovun da telefon danışıqlarının dinlənilməsi olub. İddiaçı A.Əhmədov telefon danışıqlarının dinlənilməsinin qanunsuz hesab edilməsi və ona dəymiş mənəvi ziyana görə kompensasiyanın ödənilməsini tələb edir.
Previous Post

HƏBSDƏ OLAN AMİP FƏALI 5 GÜNDÜR ACLIQ AKSİYASINA BAŞLAYIB

Next Post

“NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİ İKİ NAZİRİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.