HÜQUQ MÜDAFİƏÇİSİNİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (11 avqust) Nərimanov rayon Məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi Çingiz Qənizadənin  “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğluna (Allahverdiyev) qarşı  xüsusi ittiham qaydasında iddiasına əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə xüsusi ittihamçı Çingiz Qənizadə və onun nümayəndəsi Raqif Mustafayev, cavabdeh tərəfdən isə Fərəməz Novruzoğlu və vəkili İmran Kərimov iştirak edirdi.
F.Novruzoğlunun vəkili İ.Kərimov işlə tanış olmaq üçün vaxt istəyərək, prosesin təxirə salınması ilə bağlı vəsatət qaldırdı. Qeyd edək ki, F. Novruzoğlu ötən prosesdə dövlət tərəfindən pulsuz vəkillə təmin olunması ilə bağlı qaldırdığı vəsatət qəbul olunmuşdu. Hakim A. İsmayılov vəkilin vəsatətini qəbul edərək, prosesi 13 avqust, saat 09.30-a təyin etdi.
Xatırladaq ki, hüquq müdafiəçisi Çingiz Qənizadə həbsxanalarda baş verən cinayət halları və bu halların hüquq müdafiəçiləri tərəfindən gizlədilməsi faktları barədə “Millətim” qəzetinin baş redaktoru F. Novruzoğlunun müəllifi olduğu yazılara görə Cinayət Məcəlləsinin 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Previous Post

QOHUMLARI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Next Post

PƏRVİZ ƏZİMOVUN MƏHKƏMƏSİNDƏ TƏRƏFLƏRİN İZAHATLARI DİNLƏNİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.