PƏRVİZ ƏZİMOVUN MƏHKƏMƏSİNDƏ TƏRƏFLƏRİN İZAHATLARI DİNLƏNİLİB

Bu gün (11 avqust) Lənkəran şəhər Məhkəməsində hakim Cavanşir Məmmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU)  xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə iddiasına əsasən məhkəmə prosesi keçirildi.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) P.Əzimovun vəkili Yaşar Ağazadə məlumat verib.
Prosesdə cavabdeh tərəfdən LDU-nun prorektoru Ruslan Həmidov, iddiaçı qismində isə P.Əzimov və vəkili Y.Ağazadə iştirak ediblər.
“Hakim dəyişdiyinə görə tədqiqat ilkin mərhələdən başladı və prosesdə tərəflərin izahatları dinlənldi. Hakim növbəti prosesi 19 avqust, saat 16:00-a təyin etdi” – deyən Y.Ağazadə bildrdi ki, növbəti prosesdə tərəflərin sual-cavabı mərhələsi olacaq.
Xatırladaq ki, LDU-nun rəhbərliyi tələbənin nizam intizam qaydalarını  pozmasına görə universitetdən qovulduğunu bildirir. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı  “Cənub Xəbərləri” qəzetinin 10 fevral 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

İNTİQAM ƏLİYEVİN VƏKİLLƏR KOLLEGİYASINA QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.