“ÖLKƏ” QƏZETİNƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Dünən (27  aprel) Yasamal rayon məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyevanın “Ölkə” qəzetinə qarşı iddiasına əsasən  məhkəmə  prosesi keçirilib.

Prosesdə iddiaçının nümayəndələri Əvəz Temirxan və Elxan Abbasov, cavabdehlər Rəfael Becanov, Nicat Dağlar (Hüseynov), Elmidar Əliyev, Nəsimi Şərəfxanlı, Zülfüqar Hüseynov və qəzetin səlahiyyətli nümayəndəsi Azər Rəsulov iştirak edirdi.
İddiaçının nümayəndəsi Ə.Temirxan çıxışında iddiaya səbəb olmuş məqalədə qəzetin istinad etdiyi mənbənin açıqlanmasını və iddianın təmin edilməsini istədi.  
İddiaçının digər nümayəndəsi E. Abbasov məhkəmə prosesi başa çatana qədər mətbuatda cavabdehlərin iddiaçılar barədə hər hansı yazı yazmasına qadağa qoyulmasını məhkəmədən xahiş etdi.
Cavabdehlər isə  çıxışlarında iddiaya səbəb olmuş məqalədə  “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyevanı nəzərdə tutmadıqlarını bildiriblər.
Hakim X. Məmmədov prosesi 4 may saat 10:00-a təyin edib.
Qeyd edək ki, ötən prosesdə hakim X. Məmmədov foto və videogörüntülərin götürülməsinə icazə versə də dünən keçirilən iclasda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşına çəkilişə icazə verməyib.
Xatırladaq ki, “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyeva “Ölkə” qəzetinin 11-17 fevral tarixli buraxılışında “”Madam” ləqəbli agent kimdir?” başlıqlı yazısında barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını iddia edərək, cavabdehlərin təkzib verməsini, üzr istəməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimələnməsini tələb edib. İddia ərizəsində göstərilib ki, cavabdehlərdən məhkəmə qərarı ilə tutulacaq bütün məbləğ Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın hesabına köçürülsün.
Qeyd edək ki, “Ölkə” qəzeti 2008-ci ilin fevral ayında fəaliyyətə başlayıb və həftədə bir dəfə dərc olunur.

Previous Post

İNTERNETİN KEYFİYYƏTİNİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİLƏ SORĞU KEÇİRİLİB

Next Post

POLİS MEDİA HÜQUQU İNSTİTUTU HAQQINDA MƏLUMAT TOPLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.