İNTERNETİN KEYFİYYƏTİNİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİLƏ SORĞU KEÇİRİLİB

Azərbaycan İnternet Forumu (AİF) və parketinq.com saytı Azərbaycanda internetin keyfiyyətinin öyrənilməsi məqsədilə ADSL istifadəçiləri arasında sorğu keçirib. Sorğu barədə bu gün (28 aprel)  Azərbaycan Media Mərkəzində keçirilən tədbirdə məlumat verilib.

Tədbirdə çıxış edən AİF prezidenti Osman Gündüz Azərbaycan internet sistemində keyfiyyət  problemlərinin  olduğunu bildirdi. İnternetin qiymətinin baha olmasının ən əsas problemlərdən olduğunu deyən O.Gündüz ötən iki il ərzində Azərbaycanda internetdə baş verən önəmli dəyişikliklərdən birinin internetin qiymətinin bir neçə dəfə aşağı düşməsi olduğunu deyib. O vurğulayıb ki, bu məsələdə media əhəmiyyətli rol oynayıb.
AİF-in saytının nümayəndəsi İlqar Mirzə bildirdi ki, sorğunun keçirilməsində  məqsəd istifadəçilərin cavabları əsasında real vəziyyəti qiymətləndirməkdir. Sorğu aprel ayı ərzində 400-dən çox ADSL istifadəçisi arasında online olaraq keçirilib.  Sorğuda  iştirak edən respondentlərin 20,8% -i göstərilən xidmətlərdən razı olduğunu, 44.5% internet əldə etməklə bağlı hansısa problemlə üzləşdiyini, 34, 7%  isə narazı qaldıqlarını bildiriblər.
Xidmətindən ən çox narazılıq olan provayderlər Bakinternet (müştərilərinin 47% tam olaraq narazıdırlar), Aztelekom (45%) və Ultel-dir. (39%). Ən pis vəziyyət Aztelekom-da müşahidə olunmuşdur – sorğunun nəticələrinə görə, bu provayderdə razı abonentlərin faizi 0-a  bərabərdir. Razı abonentlərin sayı isə Superonline və Azeronline müştəri arasında nisbətən daha çoxdur.
Provayderlərin hansı parametrlərinə görə seçilməsi sualında respondentlərin 26%-i seçimin olmaması ucbatından istifadə etdiyi provayderi seçdiyini bildirib. Sorğuda iştirak edən Dataplus müştərilərinin 63% -i, Aztelekom müştərilərinin 59% -i, Bakinternet müştərilərinin 49% və Ultel müştərilərinin 36%-i bu provayderi alternativ seçimləri olmadığı üçün seçdiklərini qeyd ediblər.

Previous Post

BAŞ REDAKTOR MÜAVİNİNƏ QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA İCRAATA GÖTÜRÜLDÜ

Next Post

“ÖLKƏ” QƏZETİNƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.