POLİS MEDİA HÜQUQU İNSTİTUTU HAQQINDA MƏLUMAT TOPLAYIR

Bu gün (28 aprel) Media Hüququ İnstitutunun (MHİ) ofisinə gələn polis mayoru təşkilatın əməkdaşları ilə bağlı məlumat almaq istəyib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) MHİ-nin proqram koordinatoru Xalid Ağəliyev məlumat verib. Onun sözlərinə görə, saat 16.00-17.00 radələrində ofisə gələn Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, polis mayoru Şahin Kərimov rəisin göstərişinə əsasən gəldiyini deyib. Polis mayoru qeyd edib ki, ərazidə yerləşən butun təşkilatların araşdırılması üçün məlumatlar toplayırlar. O, MHİ-də çalışan hər kəsin haqqında ətraflı məlumat – ad, soyad, ev ünvanı, telefonlarını və s. istəyib. Xalid Ağəliyev isə bu məlumatları verməkdən imtina edib. Polis mayoru daha sonra bildirib ki, rəis  ofisin eyvanında asılmış Azərbaycan bayrağının yığışdırılmasına göstəriş verib. X.Ağəliyev buna da etiraz edərək bildirib ki, belə bir göstəriş verilibsə, əsaslandırılmış və şəkildə yazılı təqdim olunsun. Bundan sonra polis mayoru ofisi tərk edib.
Previous Post

“ÖLKƏ” QƏZETİNƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

FƏTULLAYEVİN MƏHKƏMƏSİNDƏ İTTİHAM TƏRƏFİNİN ŞAHİDLƏRİNİN DİNDİRİLMƏSİ DAVAM EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.