BAŞ REDAKTORUN MƏTBUAT ŞURASININ SƏDRİNƏ QARŞI İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün (29 mart) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşova qarşı qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib.           

Prosesdə “Təzadlar” qəzetinin baş redaktoru A. Mərzili və onun hüquqlarını müdafiə edən Əlirza Həbilov, cavabdeh qismində MŞ-nın nümayəndəsi Şəmsəddin Əliyev iştirak edirdilər.  
İddiaçının vəkili Ə. Həbilov işə aidiyyəti üzrə baxılması üçün 1 saylı Yerli İqtisad Məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırdı.
Cavabdehin vəkili Ş. Əliyev vəsatətin rədd olunmasını istədi.     
Hakim İ. Şirinov  vəsatətlə bağlı qərarı elan etmək üçün növbəti prosesi  30 mart saat 17:00-a təyin etdi.
Xatırladaq ki, “Təzadlar” qəzetinin 29 avqust 2009-cu il tarixli sayında Türkiyə-Azərbaycan sərhədlərinin açılması ilə bağlı məqalə dərc olunduqdan sonra MŞ həmin ilin sentyabr ayının 16-da qəzeti “reket” nəşrlər siyahısına aid edib. A.Mərzili Əflatun Amaşovun “Təzadlar” qəzeti ilə bağlı işgüzar nüfuzu ləkələyən məlumatlar KİV-də yaydığını iddia edən Asif Mərzili məhkəməyə müraciət edib.

Previous Post

ƏYYUB KƏRİMOVUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN BAXIŞ İCLASI KEÇİRİLİB

Next Post

TƏHSİL NAZİRLİYİNİN NÜMAYƏNDƏSİ MƏHKƏMƏ PROSESİNDƏ İŞTİRAK ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.